Forumda Son Yazılar
| Mövzuların adı | Son yazar | Baxış sayı | Cavablar |
|---|---|---|---|
| Hardcore Fuckin | allhadrs | 1 | 0 |
| Five Job Application Mistakes To Avoid! | liaindagogili | 4 | 0 |
| Evdə Qalsan | REQANA | 111 | 2 |
| İndiyə Qədər Qurduğunuz 3 Xəyal.... | BARIS_A | 148 | 1 |
| "tom And Jerry" Oyunu | BARIS_A | 379 | 6 |
| Əziz Stepçilər!!!! | BARIS_A | 34 | 6 |
| Oruc Tutursunuz? | BARIS_A | 54 | 0 |
| Avatar | BARIS_A | 97 | 1 |
| Xanımlar Həyatda çətinliyi Nədə Görürlər? ... | Illuziya | 530 | 8 |
| Dinlədiyin Mahnı | Illuziya | 493 | 10 |
Qəlbimdə yaşayan mələyim

Son zamanlar gözlərim bir dostumu axtarırdı. Əvvəllər günümüz bir yerdə çox keçirərdik, amma indi nədənsə ayrı-ayrı şəhərlərdə işləməyimiz bizi ayrı salıb. Bir gün təsadüfən yolda dayanacaqda gördüm dostumu, görüşdük. Düzü çox sevindim bu görüşə. Nədənsə çox bikef idi. Nə xəstəliyi nə də ki problemi var idi dediyinə görə. Amma kefi heç yox idi. Bəlkə də ən böyük problem də elə bunda idi ki, o problemsiz problemli idi. Səbəbini soruşanda bikef olmağının söhbətə belə başladı.
"İnsan həyatının durğun dövrləri olur. Bu dövrlər insanı yora da bilir, incidə de. Mənim də həyatımın ən sakit və susqun günlərinin birində mən onu tapdım. Yox, səhv anlama bu sevgili filan deyildi. Bu sadəcə o idi. Onun nə adı var idi nə də kimliyi məlum idi. O sadəcə bir O idi. O hər gün mənimlə həmsöhbət olaraq qarışıq fikirlərimə aydınlıq gətirirdi, hərdən mənimlə düzgünlük üstündə də dalaşırdı. Bu bir qız idi, sadə bir qız. Tanımırdım onu. İnternet saytlarının birində təsadüfən həmsöhbət olmuşduq, tanış belə yox. Virtual aləmdə özümə tanışlıq axtarmaq fikrim heç vaxt olmayıb, ona görə də sadəcə həmsöhbət olmağa calışırdım, o da mənim hər gün söhbət etməyə tələsdiyim daha bir həmsöhbətim idi. O, həmsöhbət fərqli idi. Çünki mən onunla tanış olanda bəlkə də vaxt keçirəcəyimi düşündüyüm biriydi, amma o mənə qardaş dedi, bəli o mənə qardaş dedi, gözləmirdim onu, heç vaxt düşünmemişdim ki virtual bacım ola bilər.
Məndən uzaq idi yaxınlaşmaq belə istəmirdi. Virtual aləmdə özümə bacı tapdığımı hiss edirdim. Real problemlərimi adını belə bilmədiyim bir insanla paylaşıb cıxış yolu axtarırdım. O nə virtual, nə də real idi, o sadəcə bir insan idi ki, mənə kömək edən. O həm var idi, həm də yox idi. Onunla söhbət edəndə yetərincə dostlarım, sevgi deyərək aldatdıqlarım var idi. Amma O mənim əslində kim olduğumu anladaraq məni yalançı və "Dost-sevgili"lərimdən uzaqlaşdırırdı. Bəli o mənə doğma bacıydi sanki. Haqqında heç nə bilmirdim. Axı bu kim idi, sanki mələk idi, men onun sözünə qulaq asmaqdan zövq alırdım, məni qoruyurdu elə bil. Fikrinin sonluğunda ise "Bəlkə də və ya Məncə də" ifadələri olurdu. O öz fikrini mənə başa salırdı. Düzgünlük üstündə dəfələrlə dalaşırdıq, sonunda sehv olduğumu anlasam da barışa bilmirdim, düzgünü anladan da sonra isə "Bəlkə də belədir" deyirdi. Məktubları dəfələrlə oxuyurdum, sözdə hər sətirdə yeni bir məna tapırdım. Yox mən bağlanmamışdım, sadəcə özümü tək hiss etmirdim, O mənim Qoruyucu Mələyim idi sanki.
Bir gün Sayta daxil oldum ve oxuduğum ilk məktub bu oldu... Daha bəsdir bu da son... Daha yazma mən də yazmayacağam, her şey bitmədi, çünki heç nə yox idi. İstəmirəm məni xatırlayasan, çünki kiminsə fikrində olmaq belə mənim istəmədiyim yeganə bir şeydi. Mən səhv etməkdən qorxuram. Həm də çox qorxuram. Mənim səninlə söhbətim əslində elə ən böyük səhvimdir.
Bəli bu yazılarə oxuduqca sanki real bir insanı, əzizimi, bacımı, qardaşımı, dostumu itirdim. O kim idi, mələk idimi mənə kömək edən, niye axı o ancaq mənim probemlərimi həll edib ozü isə ən xoş anımda yoxa çıxdı. Bilmədi ki, mənim ən böyük problemim onu itirmək oldu. Mən xoşbəxtəm ki, onu tanıdım, men xoşbəxtəm ki, o adlı bir kəs oldu mənim ömur yolumda. Sanki ömür qatarında bir neçə dayanacaqlıq uzaq bir qonşum oldu. Bu qatar davam edir, o isə... O isə öz dayanacağında düşməli oldu ve düşdü.
Daha o yoxdur. Onun yoxluğundan hər gün poçt qutuma baxdıqca kövrəlir məktubların olmadığını gördükcə çox pis oluram - dedi və gözləri doldu. Soruşanda ki, axı olmayan insanin senin üçün nə əhəmiyyəti, mənə çox qəzəbləndi. Hiss etdim ki, doğrudan da əziz imiş. Və sonda bir şier də təqdim etdi.
Sözlərindən bir çox nəticəyə gəldim. Bu mənim tanidığım bir insandır, adi bir insandır, nə savadı, nə təhsili var, amma olanları elə danışırdı sanki kitabdan oxuyub əzbərləmişdi. Onun şerini də sizə təqdim edirəm:

Yenə qaranlıq, yenə kədər,
Yenə üzümdə solğun bir qəhər...
Yenə günüm olubdur zəhər...
Söylə ey dost, söylə neyləyim?!
Artıq danışmır, susur mələyim...

Beynimdə fəqan edir, lirik nəğmələr,
Qəlbə dərd verir, ən xoş xatirələr...
İncidir qəlbimi unudulmaz sətirlər...
Söylə ey dost, söylə neyləyim?!
Artıq danışmır, susur mələyim...

Hərdən gecikib, hərdən gözlədər,
Hərdən sevindirər hərdən sevinər...
Yoxdu daha, gğzlərim yolunu gözlər...
Söylə ey dost, söylə neyləyim?!
Artıq danışmır, susur mələyim...

Dünyam qaranlıq gözüm koralıb,
Başımın üstünü qara buludlar alıb...
Derd alıb, der verib üzümü qırışlar alıb...
Söylə ey dost, söylə neyləyim?!
Artıq danışmır, susur mələyim...

Bəlkə də şeirimi oxuyub susacaq,
Bəlkə də yoxdur, heç olmayacaq...
Bəlkə də hər an qəlbimdə yaşayacaq...
Söylə ey dost, söylə neyləyim?!
Artıq danışmır, susur mələyim...

Sonda onu demək istəyirəm ki, biz virtual aləmdə klaviatura və monitorda yaşadıqca bir gün elektrik kəsilmiş kimi, hər şeyi elə bu balaca monitordan işıqlanan böyük virtual aləmi də itirə bilərik. Gəlin Real həyatımızla virtual aləmimizi qarişdirmayaq. Nece deyərler hər bir şeyin yerini bilək ki sonda ayaq üstə qalmayaq.

Xəbəri dostlarınla paylaş
| BARIS_A |
| ||
|---|---|---|---|
![]() |
Redakte men aiddi oxudum sevmek qerarina geldim |
|
| kusgun |
| ||
|---|---|---|---|
![]() |
super di eline sagliq |
|
| ARZUM |
| ||
|---|---|---|---|
![]() |
super....tewekkur.....minetderam |
|
| AFRODITA |
| ||
|---|---|---|---|
![]() |
Tewekkurler pis oldum eeeee bir insana tanimadigin bele olsa baglanmaq cox pisdi |
|
| shoshu |
| ||
|---|---|---|---|
![]() |
hmmmmm maraqli idi |
|
| Beatiful_girl |
| ||
|---|---|---|---|
![]() |
BARIS_A, kusgun,ARZUM,AFRODITA,shoshu reylerinize gore tesekkurler. BARIS_A, kimi acaba? toy ne vaxtdir? bizi toyuna cagirmagi unutma haa |
|
| ProgramisT_HacK |
| ||
|---|---|---|---|
![]() |
Twk Xebere Gore.Minnetdariq:)) |
|
| SATICI_BOY |
| ||
|---|---|---|---|
![]() |
СЕВГИ ГЕЛДИ ГЕДЕРДИ СЕВГИ УГРУНДА ОЛСЕН СЕВЕНДИ |
|
Məlumat
ÇATA GİRİŞ
HƏFTƏNİN LİDERİ
![]() » Adı: Seyfi əmi » Qeydiyyat: 01/04/2010 » Qrup: Silver user » Ünvan: Bakı » Ümümi point: 17 » Ümümi hədiyyələr:yoxdur » Xəbərlərin sayı: 162 » Rəylərin sayı: 4 » Təşəkkür sayı: 2 |
HƏDİYYƏ GÖNDƏR

Ətraflı məlumat
TOP10 POINT:
Moon_Girl................87
Beatiful_girl.............85
PRINCE......................74
_Kavak_Yelleri_.....59
Taleh........................53
LEON..........................44
BAL ARISI................43
Stepci_girl...............43
Marktime.................39
Prog_HacK...............36
![]() Moon_Girl................87 Beatiful_girl.............85 PRINCE......................74 _Kavak_Yelleri_.....59 Taleh........................53 LEON..........................44 BAL ARISI................43 Stepci_girl...............43 Marktime.................39 Prog_HacK...............36 |
POPULYAR XƏBƏRLƏR
SORĞU
| Nədən zövq almağı bacarırsız ? |