DƏHŞƏTLİ VİRUS son 24 saatda 64 can alıb
03 Fev 2020 17:17
23

DƏHŞƏTLİ VİRUS son 24 saatda 64 can alıb

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 20 min 438 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı hesabat yayıb.

Məlumata görə, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 mini ötüb. İndiyədək 632 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan təxminən 2 min 788 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 171 min nəfər müəyyən edilərək həkim nəzarəti altına alınıb.

ÜST-ün yaydığı hesabatda qeyd olunur ki, son 24 saat ərzində Çində koronavirus epidemiyası səbəbilə 64 insan həyatını itirib.

Qeyd edək ki, Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə 150-dən çox adamın virusa yoluxması təsdiqlənib. Artıq Çindən kənarda - Filippində bu virusdan ilk ölüm faktı da qeydə alınıb.

Oxşar xəbərlər