Lənkəranda doğuş zamanı ana öldü - CİNAYƏT İŞİ AÇILDI
03 Fev 2020 17:17
23

Lənkəranda doğuş zamanı ana öldü - CİNAYƏT İŞİ AÇILDI

Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə fevralın 3-də Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Babayeva doğuş üçün keçirilən qeysəriyyə kəsiyi əməliyyatı zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra ana xəstəxanada ölüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Report

Oxşar xəbərlər