Yaşayış evində yanğın: bir ailənin 6 üzvü öldü
03 Fev 2020 17:17
23

Yaşayış evində yanğın: bir ailənin 6 üzvü öldü

Gürcüstanın Bağdati rayonunun Tsereteli küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı həlak olanların dördü uşaq, biri isə hamilə qadındır. Yanğında ölən 6-cı qadının da eyni ailənin üzvü olduğu bildirilir.

Əraziyə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xİdmətinin 6 yanğınsöndürmə maşını və 25 yanğınsöndürən cəlb edilib. Yanğının söndürüldüyü bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər