Hamilə qadın və oğlunun meyiti tapıldı-DƏHŞƏTLİ CİNAYƏT
03 Fev 2020 17:17
23

Hamilə qadın və oğlunun meyiti tapıldı-DƏHŞƏTLİ CİNAYƏT

İzmirin Menemen rayonunda 5 aylıq hamilə olduğu iddia edilən suriyalı bir ana və oğlunun meyiti evlərində tapılıb. İstintaq çərçivəsində 1 nəfər saxlanılıb.

Sonxeber.az-ın məlumatına görə hadisə dünən səhər Menemenin İrmak məhəlləsində, Burhan Özfatura prospektində baş verib. Məlumata görə, suriyalı bir ailənin evindən ağlayan uşaq səsləri eşidən qonşular qapının açıq olduğundan şübhələnərək evə daxil olublar.
İddialara görə evə girən vətəndaşlar, Manar Alahmed (35 yaş) adlı bir qadının yerdə qan içində yatdığını və 2 yaşlı uşağının anasının başının üstündə ağladığını görüblər. Digər bir otaqda, Muhammed C. adlı bir uşağın da (5 yaş) boğulma nəticəsində öldüyünü görüblər. Hadisə yerinə gələn polislər və təcili yardım briqdası 5 aylıq hamilə olan ananın 6 yerdən bıçaqlandığını və oğlunun da boğularaq öldüyünü bildirir. Hadisəni eşidərək evə gələn ata gördüyü mənzərədə sarsıntı keçirib.
Digər tərəfdən meyitlər ekspertizadan sonra Menemen Dövlət Xəstəxanasının morquna göndərilib. İstintaq işləri davam edərkən 1 nəfər saxlanılıb. Polis əməkdaşlarının araşdırması hələ də davam edir.

Fəridə Ağazadə
Hamilə qadın və oğlunun meyiti tapıldı-DƏHŞƏTLİ CİNAYƏT

Oxşar xəbərlər