Ağcabədidə avtomobil aşıb, iki qardaşdan biri öldü - FOTO
03 Fev 2020 17:17
23

Ağcabədidə avtomobil aşıb, iki qardaşdan biri öldü - FOTO

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb. 1998-ci il təvəllüdlü Əliyev Şaməddin Niyaməddin oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 15 yaşlı Əliyev Nəciməddin Niyaməddin oğlu aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət alan sürücü isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ağcabədidə avtomobil aşıb, iki qardaşdan biri öldü - FOTOAğcabədidə avtomobil aşıb, iki qardaşdan biri öldü - FOTO

Oxşar xəbərlər