"Nənəsi vaxtı ilə ermənilərin arvadı olan şəxsləri Parlamentə buraxmaq olmaz" - Hafiz Hacıyevdən SƏRT AÇIQLAMA
03 Fev 2020 17:17
23

"Nənəsi vaxtı ilə ermənilərin arvadı olan şəxsləri Parlamentə buraxmaq olmaz" - Hafiz Hacıyevdən SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz ki, deputatlığa namizəd Hadı Rəcəblinin xalqı təhqir etməsi iddia edildi. Qeyd edək ki, bu iddia ilə 74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Misranlı çıxış edib.

Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, Hadı Rəcəblinin xalqı bu cür təhqir etməsi insanlarımızda çox böyük qıcıq yaradıb:"Hadı Rəcəbli kimi insanların niyə xalqın qəzəbini qazanmağa çalışdığını anlaya bilmirəm. Namizədlərin bu davranışları xalqda çox böyük qıcıq və qəzəb yaradır. Düşünürəm ki, bunun qarşısı təcili alınmalıdır. Hadı Rəcəblinin xalqı bu cür təhqir etməsi, bəzi namizədlərin digərinə pul təklif etməsi bizim üçün böyük biabırçılıqdır. Mərkəzi Seçki Komissiyası Hadı Rəcəblinin, bir-birinə pul təklif edən şəxslərin namizədliyini ləğv etməlidir. Onlar təcili seçkilərdən kənarlaşdırılmaldır. Şəffaf seçki şəraiti formalaşdırılmalıdır. Nənəsi vaxtı ilə ermənilərin arvadı olan şəxsləri, Hadı Rəcəbli kimi xalqı təhqir edənləri parlamentə buraxmaq olmaz. Düşünürəm ki, bu barədə Mərkəzi Seçki Komissiyası qabaqlayıcı tədbirlərini görməlidir".

Aysel Yusifqızı

Oxşar xəbərlər