Azərbaycanlı Rusiyada həkimi və tibb bacısını döydü - VİDEO
03 Fev 2020 17:17
23

Azərbaycanlı Rusiyada həkimi və tibb bacısını döydü - VİDEO

Azərbaycanlı Rusiyada həkimi və tibb bacısını döyüb.

V1.ru-nun xəbərinə görə, hadisə Volqoqrad şəhərində baş verib.

Xəbərdə bildirilir ki, 22 yaşlı azərbaycanlının yeddi aylıq hamilə arvadı 2 №-li Perinatal Mərkəzə müayinəyə gəlib.

Həkim müayinədən sonra onun xəstəxanada, nəzarət altında qalmasının lazım olduğunu deyib. Lakin qadın ərinə zəng edərək onu evə aparmasını istəyib.

Xəstəxanaya gələn azərbaycanlı qeydiyyat şöbəsinin girişində 39 yaşlı həkimi və 64 yaşlı tibb bacısını döyüb.

Daha sonra o arvadını da götürərək xəstəxanadan çıxıb.

Məhkəmə tibb ekspertizasının qərarından sonra faktla bağlı cinayət işi açılıb, azərbaycanlı məsuliyyətə cəlb olunub.

Oxşar xəbərlər