Kadırovu tənqid edən bloqçunu doğradılar
03 Fev 2020 17:17
23

Kadırovu tənqid edən bloqçunu doğradılar

Çeçen bloqçu İmran Əliyev Fransanın Lil şəhərində hücum nəticəsində qətlə yetirilib. Sonxeber.Az-ın məlumatına görə, çoxsaylı bıçaq yarası olan meyit "Corq Hardi" otelində tapılıb. Meyit 30 yanvar tarixində tapılsa da, onun şəxsiyyətini müəyyənləşdirmək bir neçə gün sürüb.
Əliyevin yaxınları sosial şəbəkədə bildiriblər ki, meyiti tanıyıblar. İmranın qətlində isə Belçikadan onunla birlikdə Fransaya gedən ikinci çeçen şübhəli bilinir.
Qeyd edək ki, "Qoca Mansur" niki ilə tanınan bloqçu "YouTube" kanalında Çeçen hökumətini və Ramzan Kadırovu dəfələrlə tənqid etdiyi üçün gizlənirdi.

Oxşar xəbərlər