Bakıda təhlükəsizlik xidmətinin rəisini bıçaqladılar – RƏSMİ MƏLUMAT
03 Fev 2020 17:17
23

Bakıda təhlükəsizlik xidmətinin rəisini bıçaqladılar – RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi dünən banklardan birinin qarşısında baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Sonxeber.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi "Mercedes" markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirib. Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.

N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.

T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər