Süpürgəçi qadının yoldakı təhlükəli hərəkəti - VİDEO
03 Fev 2020 17:17
23

Süpürgəçi qadının yoldakı təhlükəli hərəkəti - VİDEO

Son vaxtlar yolda təmizlik işləri aparan qadınların avtomobillər tərəfindən vurularaq öldürülməsi xəbərləri yayılır.

Buna səbəb həm sürücülərin yol hərəkəti qaydasını pozması, həm də təmizlik işləri görən qadınların məsuliyyətsizliyidir.

Sonxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, fevralın 4-də paytaxtın A.M.Şərifzadə küçəsində yolu təmizləyən qadın öz təhlükəsizliyini qorumayaraq avtomobilin qarşısına çıxıb.

O, yolun hərəkət hissəsində olan əşyanı götürən zaman həmin zolaqda hərəkət edən avtomobilin sürücüsünə təhlükə yaradıb.

Sürücü onu vurmamaq üçün sürətini tam azaladaraq qəzanın baş verməsinin qarşısını alıb.

Oxşar xəbərlər