Həbsdən çıxıb evləndi, hamilə həyat yoldaşını döydü - DƏHŞƏTLİ TƏFƏRRÜAT - FOTO
03 Fev 2020 17:17
23

Həbsdən çıxıb evləndi, hamilə həyat yoldaşını döydü - DƏHŞƏTLİ TƏFƏRRÜAT - FOTO

Azərbaycanda qadın həbsxanadan çıxan həyat yoldaşı tərəfindən döyülüb.

Sonxeber.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Məryəm adlı qadın bildirib.

O, həyat yoldaşının yola gətirilməsindən danışıb: "O, adam öldürdüyünə görə həbsxanada yatıb. 13 il məhbus həyatı yaşayıb. Mən onunla ailə quranda onun keçmişdə həbs olunduğunu bilmirdim. Mən onunla təsadüfən ailə qurdum. Qardaşımla dost idi. Əmisi oğlu ilə gəlib mənin istədi. Həmin gecə məni götürüb apardılar. O zaman mən bir dəfə evlənib boşanmışdım. Oğlana dedim ki, bir qızım var. 1 ay oğlanla çadırda yaşadım.Amma qızımı özümlə aparmadım. Qızım atamın evində qaldı. Sonradan bildim ki, onun Rusiyada rəsmi ailəsi və 19 yaşında bir qızı var. Mən 5 aylıq hamiləyəm. Qız uşağına hamilə olduğuma görə ərim məni vəhşicəsinə döydü. Məndən tələb edir ki, uşağı götüzdürüm".

Aysel Yusifqızı

Oxşar xəbərlər