3 min 500 nəfər TƏHLÜKƏDƏ - Nəhəng gəmi karantinə alındı
03 Fev 2020 17:17
23

3 min 500 nəfər TƏHLÜKƏDƏ - Nəhəng gəmi karantinə alındı

Yaponiyada 3 min 500 nəfərlik kruiz gəmisi karantinə alınıb.

Publika.az xəbər verir ki, paytaxt Tokio yaxınlığındakı "Yokohama" limanına lövbər salan gəmi daha əvvəl onda səyahət edən 1 nəfərdə koronavirus aşkarlanması səbəbilə nəzarətə götürülüb.

Yaponiyanın Okinava adası, Kaqoşima əyaləti ilə yanaşı, Vyetnam, Honkonq və Tayvana səfər edən gəmidə tibbi müayinələr aparılır.

Qeyd edək ki, gəmi Honkonqda lövbər saldıqdan sonra bir sərnişində koronavirus tapılıb. Daha sonra çıxış nöqtəsinə geri qayıdan gəminin karantinə alınması haqqında göstəriş verilib.

2 min 500 nəfər sərnişini, 1000 ekipaj üzvü olan gəmidə aparılan müyainələrin cavabı bu gün bəlli olacaq.

Oxşar xəbərlər