"Çinin dünya iqtisadiyyatından təcridi qlobal böhrana səbəb ola bilər"-RƏY
03 Fev 2020 17:17
23

"Çinin dünya iqtisadiyyatından təcridi qlobal böhrana səbəb ola bilər"-RƏY

Xəbər verdiyimiz kimi Çinin Vuhan şəhərində yaranan və bütün dünyada ciddi narahatlığa səbəb olan koronavirusu Çinin dünya ölkələri ilə olan iqtisadi əlaqəsinə də çox böyük mənfi təsir göstərməkdədir. Hazırda bir çox ölkələr Çin ilə iqtisadi əlaqələrini dayandırmaqdadır.
Belə ki, Çində yaranan koronavirus qlobal iqtisadiyyata ziyan vurub dünya üzrə böhrana səbəb ola bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib. O, bildirib ki, Çin dünya iqtisadiyyatının təxminən 20-25%-ni özündə cəmləşdirir:
"Bu virusun yaranması səbəbindən hazırda dünya ölkələri, beynəlxalq iqtisadi təşkilatlar belə bir strategiya götürüblər ki, Çini dünya iqtisadiyyatından təcrid etməklə bu virusun qarşısı alsınlar. Əgər dünya iqtisadiyyatının 20-25%-i olan Çin ümumi dünyadan bloklanacaqsa, əlbəttə bu yenidən dünya iqtisadiyyatının böhrana daxil olmasına səbəb ola bilər. Əgər araşdırsanız görərsiniz ki, Çin bütün ölkəklərə məhsul ixrac edir. Bununla da, Çinin məhsul ixrac etdiyi ölkələrdə inflyasiya başlayacaq və qıtlıq yaranacaq. Yəni, hesab edirəm ki, dünya iqtisadiyyatını idarə edənlər, dünyanın super gücləri bunun fərqində olmalıdırlar. Düşünürəm ki, buna başqa vasitələr tapılmalıdır. Çinin dünya iqtisadiyyatında bloklanmasını düzgün hesab etmək olmaz. Əgər bloklanma olsa, bu dünya iqtisadiyyatının dərin böhrana girməsinə səbəb olacaqdır".

Fəridə Ağazadə

Oxşar xəbərlər