Telefonla danışan sürücü avtobusu insanların üstünə sürdü - FOTO
03 Fev 2020 17:17
23

Telefonla danışan sürücü avtobusu insanların üstünə sürdü - FOTO

Türkiyənin İstanbul şəhərində sürücü ikimərtəbəli avtobusu dayanacaqda olan insanların üstünə sürüb.

DHA-nın məlumatına görə, şahidlər sürücünun hadisə zamanı telefonla danışdığını deyiblər.

Avtobusun zərbəsi nəticəsində beş nəfərin yaralandığı bildirilir.

Onlardan üçünün vəziyyəti ağırdır. Həmin şəxslər avtobusun altında qalaraq əziliblər. Digər iki yaralı isə avtobusun içində olub.

Ehtimala görə, qəzaya yağışa görə yolda yaranan sürüşkənlik səbəb olub.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri cəlb edilib.
Telefonla danışan sürücü avtobusu insanların üstünə sürdü - FOTO

Oxşar xəbərlər