Güclü külək bu rayonlarda fəsadlar törətdi - FOTO
03 Fev 2020 17:17
23

Güclü külək bu rayonlarda fəsadlar törətdi - FOTO

Güclü külək ölkənin cənub bölgəsində bir sıra fəsadlar törədib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a bildirib ki, külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub:

"Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək".
Güclü külək bu rayonlarda fəsadlar törətdi - FOTO

Oxşar xəbərlər